Dünya · Publika.az

Litva Aİ-yə sədrliyi dövründə bu istiqamətlərə üstünlük verəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Litva Aİ-yə sədrliyi dövründə bu istiqamətlərə üstünlük verəcək xəbəri üçün şəkil

Litva Avropa İttifaqına (Aİ) sədrliyi dövründə müdafiə və təhlükəsizliyin gücləndirilməsinə, eləcə də birliyin şərqə doğru genişlənməsinə xüsusi diqqət ayıracaq.

Publika.az “Sputnik Litva”ya istinadən xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kyaştutis Budris ölkəsinin Avropa İttifaqına sədrliyi dövründə əsas prioritetlərini açıqlayarkən bildirib.

Nazirin sözlərinə görə, əsas istiqamətlər arasında Avropa İttifaqının xarici təhlükəsizliyinin təmin edilməsi, müxtəlif müdafiə təşəbbüslərinin həyata keçirilməsi və bu sahədə imkanların gücləndirilməsi yer alır.

Budris Aİ-nin genişlənməsini də prioritetlərdən biri kimi göstərib. O qeyd edib ki, bu proses yalnız Ukrayna və Moldovanı deyil, həm də Qərbi Balkan ölkələrini əhatə etməlidir. Nazir bunun Avropanın geosiyasi layihəsinin tamamlanması baxımından əhəmiyyət daşıdığını vurğulayıb.

Litvanın xarici işlər naziri sərhədlərin qorunması və daxili əmək bazarının miqrantların təsirindən müdafiəsi məsələlərinə də toxunub. Onun sözlərinə görə, bu istiqamət Litva hökuməti üçün xüsusi həssaslıq daşıyır.

Budris enerji daşıyıcılarının və sənaye xammalının əlçatan qiymətlərlə təmin edilməsinin vacibliyini də qeyd edib. O bildirib ki, bu, Avropa İttifaqının iqtisadi təhlükəsizliyinin qorunması və rəqabət qabiliyyətinin saxlanılması üçün zəruridir.

Litva 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcək. Bu vəzifədə İrlandiyanı əvəzləyəcək ölkə altı aydan sonra sədrliyi Yunanıstana təhvil verəcək.

Hazırda Avropa İttifaqı Şurasına İrlandiya sədrlik edir. Ölkənin sədrliyi 2026-cı il iyulun 1-dən dekabrın 31-dək davam edəcək.

Müəllif: Adəm

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑