Böyük Britaniya kralı III Çarlz və kraliça Kamilla şahzadə Diana haqqında Çarlz Spenserin yazdığı memuarlar səbəbindən münasibətlərində böhran yaşayırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə “Woman’s Day” nəşri məlumat yayıb.
2026-cı ilin sentyabrında şahzadə Diananın kiçik qardaşı Çarlz Spenser “Qu quşunun nəğməsi: Diana, mənim bacım” adlı memuarlarını dərc edib. Kitabda o, faciədən sonra kral ailəsinin davranışını kəskin tənqid edib. Bu isə mənfi reaksiyalar dalğasına səbəb olub və III Çarlzla Kamilla arasındakı münasibətlərdə gərginliyi daha da artırıb.
“Onların ayrılmaq həddinə çatdıqları barədə şayiələr dolaşır. Bu vəziyyət münasibətlərinə çox ciddi təsir göstərir. Bir çoxları hesab edir ki, qraf Spenserin kitabı son damla olub”, deyə cütlüyün ətrafından olan mənbələr bildiriblər.
Mənbənin sözlərinə görə, kral tənqidlərin öhdəsindən gəlməkdə çətinlik çəkir, demək olar ki, yata bilmir və daha əsəbi olub. Təzyiq altında olan Kamilla isə ona anlayış göstərməyə çalışsa da, səbrinin tükəndiyi bildirilir.
Bu fonda 79 yaşlı kraliça Uiltşirdə yerləşən və sığınacaq kimi istifadə etdiyi kottecinə köçüb. Cütlüyün “gizli boşanma razılaşması” imzaladığı barədə də şayiələr yayılıb. İddialara görə, münasibətlər tamamilə pozularsa, Kamilla həmin evə daimi köçəcək.
Bununla belə, mənbənin qeyd etdiyi kimi, Çarlzın həyat yoldaşı hələ də vəziyyətdən çıxış yolu tapmağa ümid edir. O, bir qədər məsafənin III Çarlzla münasibətlərini bərpa etməyə kömək edəcəyinə inanır. Çünki onlar evlilik illərində bundan daha çətin dövrlərdən də keçiblər.
Aydın




