Dünya · Teleqraf

Zelenski Kliçkonu Kiyevdə "dayanıqlılıq planları"nın uğursuzluğunda ittiham etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski Kliçkonu Kiyevdə "dayanıqlılıq planları"nın uğursuzluğunda ittiham etdi xəbəri üçün şəkil

BAKI, 9 oktyabr. TELEQRAF

Kiyev hakimiyyəti dayanıqlılıq planları çərçivəsində zəruri tədbirləri həyata keçirməkdə demək olar ki, tamamilə uğursuzluğa düçar olub və paytaxt qarşısında konkret tapşırıq qoyulub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskiy hərbçilər və hökumət rəsmiləri ilə konfransdan sonra deyib.

Zelenski işlərdə hər hansı ləngimənin yolverilməz olduğunu qeyd edib. "Dayanıqlılıq planları"nın həyata keçirilməsində İnfrastruktur Nazirliyi ilə regional administrasiyaların məsuliyyətini vurğulayıb.

Prezidentin sözlərinə görə, elektrik şəbəkəsinə və elektrik enerjisinin ötürülməsi qurğularına ciddi ziyan dəyib.

Xatırladaq ki, Vitali Kliçko Kiyev sakinlərinin paytaxtı müvəqqəti tərk etmələrini təklif edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑