ABŞ Prezidenti Donald Tramp İranla müharibənin tezliklə başa çatacağını və yanacağın qiymətlərinin sürətlə düşəcəyini bildirib.
Yenicag.az xəbər verir ki, Tramp bu barədə oktyabrın 9-da Ağ Evdə keçirilən tədbirdə danışıb.
“Biz İranın nüvə silahına sahib olmasının qarşısını aldıq. Qaz qiymətləri sürətlə enəcək və bu müharibə tezliklə bu və ya digər yolla bitəcək”, – deyə o bildirib.
Tramp münaqişənin diplomatik və ya hərbi yolla başa çata biləcəyini vurğulayıb. O, həmçinin İranın ordusu, donanması, hava qüvvələri və hava hücumundan müdafiə vasitələrinin olmadığını iddia edib.
ABŞ lideri yaxın vaxtlarda dizellə bağlı mühüm xəbərlərin açıqlanacağını da vəd edib.





