Dünya · Azxeber.com

'Flydubai'in pilotu 2001-ci il 11 sentyabr hücumlarını təkrarlamaq istədiyini deyib

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
'Flydubai'in pilotu 2001-ci il 11 sentyabr hücumlarını təkrarlamaq istədiyini deyib xəbəri üçün şəkil
İsrailə gedən təyyarəni qaçırmağa cəhd edən "Flydubai" təyyarəsinin ikinci pilotu 2001-ci il sentyabrın 11-də ABŞ-də baş verən terror aktlarını təkrarlamağı planlaşdırıb.
Bu barədə BƏƏ-nin baş prokuroru Həməd Saif əl-Şəmsi bildirib.
"Ekstremist materialların təsiri onun zorakılığa və terrorizmə çağıran ideyalarla "silahlanmasına" səbəb olub və 2001-ci il 11 sentyabr terror hücumlarından ilhamlanıb. O, təyyarədən istifadə edərək oxşar hücum həyata keçirmək fikrinə düşüb və bu məqsədlə pilot olub .
Müstəntiqlərin sözlərinə görə, 29 yaşlı Oman vətəndaşı 2017-ci ildə Avstraliyada təhsil alarkən radikalizmə meyl etməyə başlayıb. O, məqsədyönlü şəkildə aviasiya sahəsində karyera qurmağa çalışıb və 30 sentyabrda planını həyata keçirməyə cəhd etməzdən əvvəl marşrutu öyrənmək üçün Təl-Əvivə iki dəfə uçuş edib.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑