Dünya · Globalinfo.az

Ermənistan məhsullarına güzəştlər tətbiq olunacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistan məhsullarına güzəştlər tətbiq olunacaq xəbəri üçün şəkil

Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan başlayaraq Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının idxalına iki il müddətində güzəştli ticarət rejimi tətbiq edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında yayılan açıqlamada bildirilib.

Qeyd olunub ki, güzəştlər müəyyən şərtlər çərçivəsində qüvvədə olacaq. Ermənistan məhsullarının idxalının Avropa istehsalçılarına zərər vurması ehtimalına qarşı Aİ bazarının qorunması məqsədilə xüsusi müdafiə mexanizmləri də tətbiq ediləcək.

Avropa Komissiyasının məlumatına əsasən, yeni ticarət rejimi Ermənistanın kənd təsərrüfatı məhsullarının Avropa İttifaqına ixracının təxminən 80 faizini əhatə edəcək. Güzəştlər sırasına təzə meyvə və tərəvəzlər, eləcə də güllər daxildir. İçki və alkoqollu məhsullar üzrə isə ixracın 91 faizdən çoxu bu rejimdən yararlana biləcək.

Bununla yanaşı, müəyyən məhsullar üçün idxal kvotaları tətbiq olunacaq. Müəyyən edilmiş hədd keçildikdə həmin məhsulların idxalına mərhələli şəkildə gömrük rüsumları tətbiq ediləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑