Dünya · Baku.ws

"Saudi Aramco" Avropaya neft tədarükünü tam bərpa edir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Saudi Aramco" Avropaya neft tədarükünü tam bərpa edir xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco" strateji "Şərq–Qərb" neft kəmərindəki zədələr aradan qaldırıldıqdan sonra noyabr ayında Avropaya sifariş edilmiş bütün neft həcmlərini göndərəcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən xəbər yayıb.

Məlumata əsasən, "Saudi Aramco" Avropadakı neft emalı zavodlarının rəhbərliyinə noyabr ayı üçün sifariş etdikləri bütün xam nefti çatdıracağını bildirib. Bu qərar strateji neft kəmərinin fəaliyyətini bərpa etməsindən sonra qəbul edilib.

Mənbələrin bildirdiyinə görə, ən azı üç Avropa neft emalı zavodu noyabrda Səudiyyə Ərəbistanının dövlət şirkətindən sifariş etdikləri neftin tam həcmini alacaq. "Saudi Aramco" məsələ ilə bağlı hələlik şərh verməyib.

Xatırladaq ki, sentyabrın 18-də "Bloomberg" mənbələrə istinadən "Saudi Aramco"nun oktyabr ayında Avropadakı neft emalı zavodlarına xam neft tədarük etməyəcəyini bildirmişdi. Bundan əvvəl Səudiyyə Ərəbistanının mühüm "Şərq–Qərb" neft kəməri dron hücumuna məruz qalmış, nəticədə onun fəaliyyəti dayandırılmışdı.

Kəmər Səudiyyə Ərəbistanının şərqindəki neft hasilatı rayonlarını Qırmızı dəniz sahilində yerləşən Yanbu limanı ilə birləşdirir və neftin Hörmüz boğazından yan keçməklə ixracına imkan yaradır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑