Dünya · Yeni Sabah

Rusiya dizellə bağlı bu məhdudiyyəti ləğv edir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya dizellə bağlı bu məhdudiyyəti ləğv edir xəbəri üçün şəkil

Rusiya dizel yanacağının ixracına tətbiq edilən məhdudiyyətlərin vaxtından əvvəl aradan qaldırılmasına başlayır.

"Yeni Sabah"xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, Rusiya oktyabr ayından etibarən ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır. pizza

Novak qeyd edib ki, neft emalı zavodlarının təmirdən sonra fəaliyyətini bərpa etməsi ilə əlaqədar Rusiya noyabr və dekabr aylarında dizel yanacağının ixracını artıra bilər.

Baş nazirin müavini həmçinin bildirib ki, Rusiya qlobal enerji bazarının sabitləşdirilməsi və normal enerji ticarətinin bərpası istiqamətində ABŞ-ın atdığı addımları müsbət qiymətləndirir.\APA


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑