Rusiya hökuməti gələn il xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə 3010 müvəqqəti yaşamaq icazəsinin verilməsi üçün kvota müəyyənləşdirib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə hökumət müvafiq qərar qəbul edib. Kvota üzrə ehtiyat icazələrin sayı da 1 140-dan 900-ə endirilib.
Ən çox icazə Moskva şəhərinə və Moskva vilayətinə ayrılıb. Bu ərazilər üçün müvafiq olaraq 500 və 250 icazə nəzərdə tutulub. Sankt-Peterburq üçün kvota 100-dən 50-yə, Leninqrad vilayəti üçün isə 50-dən 25-ə endirilib. Marqarita pizza
Ən az kvota Yəhudi Muxtar Vilayəti, Tuva Respublikası, Xakasiya Respublikası və Kostroma vilayəti üçün nəzərdə tutulub. Bu ərazilərin hər birinə beş icazə ayrılıb.
Kvota hər il miqrasiya vəziyyəti və Rusiyanın regionlarının iqtisadi durumu nəzərə alınmaqla, regional hakimiyyət orqanlarının təklifləri əsasında təsdiqlənir./Axar.az






