Dünya · Trend.az

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb xəbəri üçün şəkil

Bakı. Trend:

Qazaxıstanda 60 yaşdan yuxarı 2,9 milyona yaxın insan yaşayır.

Bu barədə Qazaxıstanın Milli Statistika Bürosu məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin əvvəlində ölkədə 60 yaşdan yuxarı 2 milyon 923 min 472 nəfər yaşayıb. Onların 1 milyon 163 min 270-i kişi, 1 milyon 760 min 202-si qadındır.

Məlumata görə, ölkədə 100 və daha yuxarı yaşda 1323 nəfər yaşayır. 60 yaşdan yuxarı əhalinin 1 milyon 894 min 268-i şəhərlərdə, 1 milyon 29 min 204-ü kəndlərdə məskunlaşıb. 2026-cı ilin ikinci rübündə bu yaş qrupundan 465 min 302 nəfər işləyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑