Ölkə.az "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail hökuməti rəhbərinin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
"Mən prezident Donald Trampın və dövlət katibi Marko Rubionun Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etmək qərarını yüksək qiymətləndirirəm. BCM məhkəmə deyil, bütün dünyada qanuna riayət edən demokratiyalar və milli suverenlik ideyasının özü üçün ölümcül təhlükə yaradan siyasi orqandır. Liderliyinizə görə təşəkkür edirəm", - məlumatda qeyd olunub.
Daha əvvəl Netanyahu Nobel komitəsinin sülh mükafatını Navi Pillaya vermək qərarını tənqid edərək onu "mənəvi oriyentirlərini itirməkdə" günahlandırmışdı. O bildirib ki, Pillay İsrailə qarşı yalan ittihamlar yayıb, həmçinin onu BCM-in sabiq prokuroru Kərim Xana İsrailə qarşı işin formalaşdırılmasında kömək etməkdə günahlandırıb.
ABŞ cümə günü BCM-ə qarşı sanksiyalar tətbiq edib - bu, onun keçmiş hakimlərindən biri Navi Pillayın Nobel sülh mükafatını almasından cəmi bir neçə saat sonra baş verib.






