Dünya · Ədalət

Putinlə Tramp Rusiya-Ukrayna münaqişəsini və İranı müzakirə ediblər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putinlə Tramp Rusiya-Ukrayna münaqişəsini və İranı müzakirə ediblər xəbəri üçün şəkil

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da telefon danışığı zamanı Rusiya-Ukrayna münaqişəsinin nizamlanması perspektivlərini, İran ətrafındakı vəziyyəti və ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, danışıqlar zamanı dünya enerji bazarındakı vəziyyətə xüsusi diqqət yetirilib.

Rusiya tərəfi ABŞ və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu təsdiqləyib. Moskva bunun qlobal iqtisadiyyata müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Bundan əlavə, tərəflər prezidentlər arasında şəxsi təmasları, eləcə də iki ölkənin prezident administrasiyaları, xüsusi xidmət orqanları və digər qurumları arasında əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑