Dünya · Axar.az

Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Süni intellektlə bağlı böyük fəlakət: 6 aya... xəbəri üçün şəkil

Süni intellektlə bağlı yaxın 6–12 ay ərzində ciddi fəsadlara səbəb ola biləcək hadisənin baş verəcəyi ehtimal edilir. Bu səbəbdən sahənin aparıcı şirkətləri mümkün nəticələrə hazırlaşırlar.

Axar.az xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, “Anthropic”, “OpenAI” və digər şirkətlərin rəhbərləri artıq mümkün böhrandan sonrakı dövr üçün ssenarilər hazırlayırlar. Bu ssenarilərə bank xidmətlərinin və internetin fəaliyyətini, hətta elektrik enerjisi və su təchizatını poza biləcək kiberhücumlar da daxildir.

Hazırlıq çərçivəsində ən pis ehtimallar modelləşdirilir və ABŞ Konqresinin üzvləri ilə müzakirələr aparılır.

Süni intellekt şirkətləri ilk böyük insidentdən sonra qəbul edilə biləcək qanunvericilik qərarlarına əvvəlcədən təsir göstərməyə çalışırlar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑