Dünya · Trend.az

Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək - Tramp

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək - Tramp xəbəri üçün şəkil

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

Bunu ABŞ Prezidenti “Truth” sosial hesabında yazıb. O bildirib ki, Rusiyanın ABŞ və dünya bazarına ilkin mərhələdə 300 min tondan çox dizel yanacağı tədarük edəcəyinə dair razılığa gəlinib.

Trampın sözlərinə görə, tərəflər noyabrda daha 500 min ton, ardınca isə 1 milyon ton dizel tədarükü barədə razılığa gəliblər. Rusiya neft emalı zavodlarının vəziyyətindən asılı olaraq, qısa müddətdə əlavə 3 milyon ton yanacağın bazara çıxarılması da nəzərdə tutulur.

“Rusiya enerjisi ilə bağlı bu mühüm açıqlama nəticəsində amerikalılar və bütün dünya üçün dizelin qiyməti sürətlə və rekord səviyyədə aşağı düşəcək”, – deyə ABŞ Prezidenti vurğulayıb.

O, xüsusilə fermerlər, heyvandarlar və yük maşını sürücüləri üçün qiymətlərin azaldılmasını əsas prioritetlərindən biri adlandırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑