Dünya · Xəzər Xəbər

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib xəbəri üçün şəkil

Rusiya süni intellektdən istifadə etməklə Xəzər dənizinin səviyyəsi ilə bağlı dəyişiklikləri proqnozlaşdırmaq üçün onun rəqəmsal modelinin yaradılmasını təklif edib.

Xezerxeber.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Xəzər Ekoloji Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, söhbət buxarlanma, yağıntılar və çay axınlarının dinamikasının təhlili əsasında Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı etibarlı ssenariləri hesablamağa imkan verəcək yüksək dəqiqlikli virtual modeldən gedir.

O qeyd edib ki, rəqəmsal modeldən naviqasiya marşrutlarının dəqiqləşdirilməsi və onlara düzəlişlərin edilməsi, eləcə də gəmiçiliyin təhlükəsizliyinin artırılması üçün də istifadə oluna bilər.

V.Putin MDB ölkələrini bu təşəbbüsə qoşulmağa dəvət edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑