Dünya · Bizim.Media

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB xəbəri üçün şəkil

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ABŞ-nin tətbiq etdiyi sanksiyalara münasibət bildirib və bu təzyiqlərin fəaliyyətinə mane olmayacağını bəyan edib.

Bizim.Media xəbər verir ki, məhkəmənin yaydığı bəyanatda məhdudlaşdırıcı tədbirlər ədalət mühakiməsinə mane olmaq, qurumun əməkdaşlarına və onunla əməkdaşlıq edən şəxslərə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilib.

Bildirilib ki, BCM yalnız qanunlara və sübutlara əsaslanaraq müstəqil və qərəzsiz fəaliyyətini davam etdirəcək.

Məhkəmə, həmçinin Roma Statutuna üzv dövlətləri qurumun fasiləsiz fəaliyyətini təmin etmək üçün konkret addımlar atmağa, o cümlədən zəruri resurslarla təmin etməyə çağırıb.

Bəyanatda vurğulanıb ki, baş verənlər təkcə məhkəmənin gələcəyi deyil, həm də qanunun aliliyinə əsaslanan beynəlxalq hüquq qaydasının qorunması baxımından əhəmiyyətlidir. BCM qeyd edib ki, heç kim ədalətə xidmət etdiyinə görə cəzalandırılmamalıdır.

Bizim.Media 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑