Dünya · Anews.az

Fransada etirazlar fonunda 500-ə yaxın məktəb bağlanacaq

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada etirazlar fonunda 500-ə yaxın məktəb bağlanacaq xəbəri üçün şəkil

Fransada davam edən etirazlar fonunda bazar ertəsi 400-500 orta məktəbdə dərslər qismən və ya tam dayandırılacaq. Bunu Fransanın təhsil naziri Eduar Jefre bildirib.

Onun sözlərinə görə, etirazların başlanmasından bəri ölkədə 24 məktəb yandırılıb və ya qarət edilib. Ümumilikdə 3 700 məktəbdən 735-i zorakı aksiyalardan bu və ya digər şəkildə zərər çəkib.

Etirazlar müəllim çatışmazlığı, siniflərin həddindən artıq dolu olması və məktəb binalarının yararsız vəziyyəti ilə bağlı narazılıqdan başlayıb.

Aksiyalarda minlərlə şagird və digər vətəndaşlar iştirak edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑