Ölkə.az "Reuters"ə istinadən xəbər verir ki, qərar məhkəmənin keçmiş hakimlərindən biri Navi Pillayın Nobel Sülh Mükafatına layiq görülməsindən cəmi bir neçə saat sonra verilib.
ABŞ dövlət katibi Marko Rubio qərarın Prezident Donald Trampın administrasiyası tərəfindən qəbul edildiyini bildirib.
"Prezident Tramp Beynəlxalq Cinayət Məhkəməsinin amerikalıları təqib etməsinə heç vaxt imkan verməyəcək", - o deyib.
Rubionun sözlərinə görə, Vaşinqton BCM ilə əməliyyatların aparılmasını qadağan etmək, onun resurslarını və gələcək fəaliyyət imkanlarını məhdudlaşdırmaq niyyətindədir.
Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi agentliyə bildirib ki, ABŞ-nin Maliyyə Nazirliyi Amerika maraqlarını qorumaq üçün bir sıra lisenziyalar verəcək. Ehtimal ki, söhbət bəzi məhdudiyyətlərdən müvəqqəti istisnalardan gedir.
Bu tip Amerika sanksiyaları, bir qayda olaraq, ABŞ-də qeydiyyatdan keçmiş şirkətlərin məhdudiyyətlərə məruz qalmış təşkilatlarla əməkdaşlıq etməsini qadağan edir. Bu, bank hesablarının bağlanmasına, sığorta təminatına xitam verilməsinə və proqram təminatı xidmətlərinin dayandırılmasına səbəb ola bilər.




