Dünya · Publika.az

İrandan ABŞ-a mesaj: Vaşinqton bu qeyri-müəyyənlikləri aradan qaldırmalıdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İrandan ABŞ-a mesaj: Vaşinqton bu qeyri-müəyyənlikləri aradan qaldırmalıdır xəbəri üçün şəkil

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ABŞ-ın Tehranın irəli sürdüyü şərtlərin bəzilərini qəbul etdiyini, lakin bir sıra məsələlərdə qeyri-müəyyənliyin qaldığını bildirib.

Publika.az xəbər verir ki, Rezainin sözlərinə görə, növbəti mərhələyə keçmək üçün Vaşinqton bu qeyri-müəyyənlikləri aradan qaldırmalıdır.

O qeyd edib ki, son iki ay ərzində ABŞ Pakistan, Qətər və İraq vasitəsilə İrana diplomatik əlaqələrin bərpası ilə bağlı təkliflər göndərib. Tehran isə Vaşinqtona yeddi şərt irəli sürüb və onların yerinə yetirilməyəcəyi təqdirdə Hörmüz boğazının açılmayacağını, danışıqların aparılmayacağını bildirib.

Rezai, həmçinin İranın əvvəlki danışıqlar modelinə qayıtmayacağını vurğulayıb. O, üç raund danışıqlar zamanı ABŞ-ın hər dəfə prosesi yarımçıq dayandıraraq İrana hücum etdiyini iddia edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑