Dünya · Teleqraf

ABŞ Ukraynaya silah tədarükünü dayandırmaqla hədələyib

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Ukraynaya silah tədarükünü dayandırmaqla hədələyib xəbəri üçün şəkil

BAKI, 11 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya silah tədarükü proqramını və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti adı açıqlanmayan avropalı rəsmilərə istinadən məlumat yayıb.

Qəzetin mənbələrinin sözlərinə görə, oktyabrın 10-11-də ABŞ rəsmiləri bu məsələ ilə bağlı Avropanın bir sıra paytaxtlarına və Kiyevə bir neçə telefon zəngi ediblər.

Məlumata görə, Vaşinqton Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaqla yanaşı, Avropa ölkələrinin vəsaiti hesabına ABŞ-dən Ukrayna üçün silah alınmasını nəzərdə tutan PURL proqramını da dayandıracağı ilə bağlı xəbərdarlıq edib.

Mənbələrdən biri nəşrə bildirib ki, ABŞ rəsmiləri bu məsələ ilə bağlı Kiyevə və Avropanın müxtəlif ölkələrinə zəng ediblər.

“Financial Times”ın məlumatına görə, Vaşinqtonun əlaqə saxladığı şəxslər arasında Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müavini Pavel Palisa da olub.

Qəzet qeyd edib ki, Ağ Ev belə telefon zənglərinin edildiyini təsdiqləməkdən və məsələ ilə bağlı şərh verməkdən imtina edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑