Dünya · SİA

Daha bir HƏMAS komandiri öldürüldü - İsraildən AÇIQLAMA

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Daha bir HƏMAS komandiri öldürüldü - İsraildən AÇIQLAMA xəbəri üçün şəkil

İsrail Müdafiə Ordusu HƏMAS-ın hərbi qanadının elit "Nuxba" bölməsinin tağım komandiri Hişam Camal Əbu Qalanın Qəzza zolağının cənubunda hava zərbəsi nəticəsində öldürüldüyünü açıqlayıb.

SİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, zərbə Xan-Yunis şəhəri ərazisində endirilib. İsrail ordusunun iddiasına görə, Əbu Qala Kisufim hərbi postuna hücumun təşkilatçılarından biri olub və 2023-cü il oktyabrın 7-də israillilərin girov götürülməsində iştirak edib.

İsrail tərəfi həmçinin iddia edir ki, o, son dövrlərdə hərbçilərə və İsrail mülki əhalisinə qarşı hücumların təşkilində iştirak edib, eləcə də atəşkəs rejimini pozaraq HƏMAS-ın döyüş qabiliyyətinin bərpasına çalışıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑