Dünya · Publika.az

Enerji qiymətlərinin artımının Ukraynaya aidiyyəti yoxdur - Zelenski

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Enerji qiymətlərinin artımının Ukraynaya aidiyyəti yoxdur - Zelenski xəbəri üçün şəkil

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putini dayandırmaq üçün effektiv yol tapa bilmədiyi üçün diqqəti Kiyevə yönəltdiyini və Ukraynaya təzyiq göstərdiyini bildirib.

Publika.az xəbər verir ki, Zelenski bu barədə “ABC News”a müsahibəsində danışıb.

O deyib ki, Putini dayandırmağın yollarını tapmaq əvəzinə, dizel yanacağının qiymətləri ilə bağlı məsuliyyəti Ukraynanın üzərinə qoymaq daha asandır.

Ukrayna liderinin sözlərinə görə, neft və neft məhsullarının bahalaşmasına əsasən Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazının blokadaya alınması səbəb olur. Zelenski qiymət artımının Ukraynanın fəaliyyəti ilə əlaqələndirilməsini əsassız hesab edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑