BAKI, 12 oktyabr. TELEQRAF
Hörmüz boğazında 750 min barel neft daşıyan tanker dəniz minasına düşüb. Partlayış nəticəsində gəmidə güclü yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“SEPAH Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayan, 750 min barel neft daşıyan tanker icazə verilməyən marşrutla hərəkət etməyə cəhd göstərib. Nəticədə gəmi dəniz minasına düşüb, partlayış və güclü yanğın baş verib”, – açıqlamada bildirilib.
“Tesnim” agentliyinin yaydığı məlumata görə, bu, oktyabrın 11-də Hörmüz boğazında dəniz minasına düşən üçüncü tankerdir.
Hadisə nəticəsində xəsarət alanlar və gəminin sonrakı vəziyyəti barədə hələlik məlumat verilməyib.






