Kosta-Rika sahillərində alimlərin əvvəllər məlum olan heç bir mərcan ailəsinə aid edə bilmədiyi qeyri-adi canlı aşkar edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “ScienceDaily” məlumat yayıb.
Parlaq sarı rəngli mərcan koloniyaları təxminən bir metr hündürlüyə çatır və görünüşünə görə qızılı ağacı xatırladır.
Genetik analizlər canlının ayrıca təkamül xəttinə aid olduğunu göstərib. Alimlər onun üçün yeni ailə yaradaraq “Laurinque elenya” adını veriblər. Adın mənası “ulduzların qızıl ağacı”dır.
Bizim.Media
Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





