Səudiyyə Ərəbistanı Yəməndəki husi üsyançıları ilə münaqişə fonunda Qərb müttəfiqlərinin məhdud hərbi dəstəyindən narazıdır. Ər-Riyad hava limanına hücumlar isə qarşıdurmanın daha da şiddətlənməsi riskini artırır.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Ekspertlər xəbərdarlıq edirlər ki, husilərin hücumları ABŞ-ın da münaqişəyə cəlb olunmasına səbəb ola bilər. Hücumların iqtisadi təsirləri də hiss olunur: bir sıra iri şirkət rəhbərləri Ər-Riyadda keçirilən Beynəlxalq Neft Konqresində iştirakdan imtina edib, bəzi şirkətlər isə məsafədən iş rejiminə keçib.





