İsrailin Baş naziri Benyamin Netanyahu İran, Qəzza zolağı və Livandakı vəziyyəti müzakirə etmək üçün təhlükəsizlik müşavirəsi çağırıb.
"The Times of Israel” qəzetinin mənbəyə istinadən yaydığı məlumata görə, müşavirə Təl-Əvivdə İsrail Müdafiə Nazirliyinin kompleksində keçirilir.
İclasda müdafiə naziri İsrael Kats və təhlükəsizlik qurumlarının yüksəkvəzifəli nümayəndələri iştirak edirlər.
Nəşr qeyd edir ki, müşavirə husilərin Səudiyyə Ərəbistanına hücumları və ABŞ ilə İran arasında qarşıdurmanın daha da gərginləşə biləcəyinə dair narahatlıqlar fonunda keçirilir.
///apa.az///





