Moskvanın dörd hava limanının hamısı – Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Rosaviasiya”nın məlumatında deyilir.
Hava limanlarında təyyarələrin enişinə və uçuşuna məhdudiyyətlər qoyulduğu deyilir.
Bildirilir ki, bu tədbirlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir.




