Dünya · Yeni Sabah

Onunla şəkil çəkdirmək istəyən şəxsi öldürən “Altay”la bağlı qərar verildi - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Onunla şəkil çəkdirmək istəyən şəxsi öldürən “Altay”la bağlı qərar verildi  - VİDEO xəbəri üçün şəkil

İngiltərədə vəhşi təbiət parkında bir ziyarətçinin ölümünə səbəb olan Sibir pələngi barədə qərar verilib.

“Yeni Sabah” xəbər verir ki, hadisə Donkaster şəhəri yaxınlığındakı Yorkşir Vəhşi Təbiət Parkında qeydə alınıb.

Ziyarətçilərdən biri təhlükəsizlik baryerini keçərək beş yaşlı “Altay” adlı pələngin saxlanıldığı əraziyə daxil olub. Heyvanın hücumu nəticəsində kişi həyatını itirib. Pepperoni pizza

Məlumata görə, ziyarətçi pələnglə şəkil çəkdirmək məqsədilə təhlükəsizlik baryerini keçib. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşlarının səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra park boşaldılıb, polis araşdırmaya başlayıb.

Park rəhbərliyi “Altay”ın sağlam olduğunu və öldürülməyəcəyini açıqlayıb. Hadisənin başvermə şəraiti araşdırılır./Qafqazinfo


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑