Dünya · Ölkə.az

Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində 6 nəfər həlak olub

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində 6 nəfər həlak olub xəbəri üçün şəkil

Ölkə.az "Report"a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının nümayəndələri məlumat veriblər.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, oktyabrın 11-də axşam saatlarında Rusiya qüvvələri Xarkov şəhərinin ətrafına raket zərbəsi endirib. Raket ərzaq mağazasının binasına düşüb və ərazidə yanğın baş verib. Yanğın 300 kvadratmetr sahədə lokallaşdırılıb. Mağazanın binasına, 5 avtomobilə, 2 çoxmənzilli yaşayış binasına və 1 fərdi evə ziyan dəyib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb. Yaralılar arasında 3 uşaq da var.

Bundan başqa, İvano-Frankivsk şəhəri də Rusiya dronlarının hücumuna məruz qalıb. Vilayət Hərbi Administrasiyasının rəhbəri Svetlana Onişukun məlumatına görə, ilkin olaraq 2 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilmişdi.

Daha sonra yaralı xəstəxanada vəfat edib və nəticədə ölənlərin sayı 3 nəfərə çatıb. İvano-Frankivsk şəhərinin meri Ruslan Martsinkiv mülki infrastruktura ziyan dəydiyini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑