FIFA prezidenti Canni İnfantino Bakıda 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Publika.az xəbər verir ki, bununla bağlı onun "Intagram" hesabında paylaşım olunub.
O, turnirin açılış mərasimini fantastik adlandırıb.
"Mən Azərbaycan Prezidenti İlham Əliyevə, Baş nazirin müavini Samir Şərifova, hökumətə, Prezident Rövşən Nəcəfin rəhbərliyi altında AFFA-ya (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - red.), FIFA-dakı həmkarlarıma və bu xüsusi yarışın təşkilində kömək edən hər kəsə təşəkkür edirəm. Biz hər bir gənc istedada şans veririk və altı konfederasiyanın hamısında FIFA-nın 189 üzv ölkəsindən gəncləri birləşdiririk", - paylaşımda deyilir.
Xatırladaq ki, oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib.
Açılış matçında Azərbaycan komandası Timor-Lesteni 6:0 hesabı ilə məğlub edib.
.png)





