İdman · İdman.biz

Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb - VİDEO xəbəri üçün şəkil

Prezident İlham Əliyevin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı və festivalının açılış mərasimi ilə bağlı videoçarx yayımlanıb.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin hazırladığı videoçarxda tədbirdən görüntülər yer alıb.

Qeyd edək ki, oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının rəsmi açılış mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino mərasimi izləyiblər.

Açılış mərasimindən sonra keçirilən Azərbaycan - Timor-Leste qarşılaşması millimizin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑