Almaniyanın "Bavariya" komandasının baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq.
Bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Belçikalı mütəxəssis cümə günü klubun məşq bazasında huşunu itirib. O, daha sonra xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Vensan Kompaninin son vaxtlar virus infeksiyasından əziyyət çəkdiyi bildirilir. 39 yaşlı mütəxəssis xəstəliyin əlamətlərinə rəğmən, məşqçi fəaliyyətini tam davam etdirib. ///report///






