İdman · Azxeber.com

İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib xəbəri üçün şəkil
FIFA prezidenti Canni İnfantino Bakıda 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
AZXEBER.COM-un məlumatına görə, bununla bağlı onun instaqram hesabında paylaşım olunub.
O, turnirin açılış mərasimini fantastik adlandırıb.
"Mən Azərbaycan Prezidenti İlham Əliyevə, Baş nazirin müavini Samir Şərifova, hökumətə, Prezident Rövşən Nəcəfin rəhbərliyi altında AFFA-ya (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - red.), FIFA-dakı həmkarlarıma və bu xüsusi yarışın təşkilində kömək edən hər kəsə təşəkkür edirəm. Biz hər bir gənc istedada şans veririk və altı konfederasiyanın hamısında FIFA-nın 189 üzv ölkəsindən gəncləri birləşdiririk", - paylaşımda deyilir.
Xatırladaq ki, oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib.
Açılış matçında Azərbaycan komandası Timor-Lesteni 6:0 hesabı ilə məğlub edib.  
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑