“Barselona” rəhbərliyi ilə yarımmüdafiəçi Frenki de Yonq arasında münasibətlərdə gərginlik yaranıb.
Publika.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.
Yarımmüdafiəçi bu yaxınlarda mövsümün əvvəlində aldığı zədədən sonra meydana qayıdıb. Amma ona əsas heyətdə yer verilmir. Rəhbərlik hesab edir ki, Pedri və Rodri start heyətində yer almağa layiqdirlər, Qavi və Mark Bernal isə rotasiyaya daxil edilməli və müntəzəm oyun vaxtı almalıdırlar.
Niderlandlı futbolçunun gələcəyi baş məşqçii Hans-Dieter Flikdən asılıdır.
De Yonqun digər klublardan gələn təklifləri nəzərdən keçirməyə hazır olub-olmadığı hələlik məlum deyil, lakin onun gedişi “Barselona” üçün maliyyə baxımından faydalı ola bilər.





