Dünya · Publika.az

ABŞ nümayəndələri İranda kiminlə danışıq aparır? - Heç Tramp da bilmir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ nümayəndələri İranda kiminlə danışıq aparır? -  Heç Tramp da bilmir xəbəri üçün şəkil

ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika rəsmilərinin münaqişənin həlli üçün İran tərəfində kiminlə danışıqlar apardığını bilmir.

Publika.az xəbər verir ki, Tramp bu barədə Montanada keçirilən mitinqdə deyib.

"Onların liderləri yoxdur. Mən yəqin ki, onların liderlərini saxlamalı idim. Çünki, lənət şeytana, kiminlə danışdığımızı bilmirəm".

O, ABŞ-ın hərəkətləri nəticəsində İranın nə dəniz, nə də hava qüvvələri olduğu və ordusunun "məhv edildiyi" fikrini təkrarlayıb.

Bazar ertəsi günü İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehran və Vaşinqton arasında dolayı əlaqələrin davam etdiyini, lakin kompromisə nail olmaq üçün İranın şərtlərinə riayət edilməsinin vacib olduğunu bildirib.

Müəllif: Tural

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑