Dünya · Yeni Çağ

“Təhlükə cənubdan gəlir”: Dezinformasiya, yoxsa yeni müharibə anonsu? - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Təhlükə cənubdan gəlir”: Dezinformasiya, yoxsa yeni müharibə anonsu? - Yeni Çağ xəbəri üçün şəkil

“İsrailin cənubda hərbi hazırlığı artırması husilərə qarşı hər hansı əməliyyat planı üçün ola bilməz”

Bu sözləri Yenicag.az-a açıqlamasında araşdırmaçı jurnalist Kənan Rövşənoğlu bildirib.

media-whatsapp-image-2026-10-15-at-11-20-32

K. Rövşənoğlu “The Jerusalem Post” qəzetinin yaydığı “İsrail husilərə qarşı döyüşmək üçün hərbi hazırlığı ən yüksək səviyyəyə gətirib” xəbərini şərh edərək bu məlumatı dezinformasiya adlandırıb:

“İsrailin Yəməndəki husilərdən hər hansı təhlükə gözlədiyi üçün hərbi hazırlığı yüksəltmiş olduğunu güman etmirəm. Husilərin hazırda İsrailə hücum etməklə bağlı planları yoxdur. Bunun üçün ortada quru ərazisi də yoxdur. Husilərlə İsrail arasında İordaniya və Səudiyyə Ərəbistanı yerləşir. Onların müharibəsi hazırda yalnız Səudiyyə Ərəbistanı ilə gedir. Doğrudur, İsrailin kəşfiyyat orqanları hazırda Səudiyyə Ərəbistanında təlimatçılarla birlikdə fəaliyyət göstərir və bütün dövlət strukturlarında husilərə qarşı hərbi əməliyyatların planlarını işləyirlər. Bu isə Türkiyəni narahat etməyə başlayıb. İsrailin cənubunda isə hərbi hazırlığı husilərlə bağlı deyil, konkret olaraq yalnız Qəzza ilə bağlı gücləndirmiş ola bilərlər.”

Qeyd edək ki, “The Jerusalem Post” qəzeti yazır:

“İsrail Yəməndəki husilər tərəfindən artan təhdidlə əlaqədar hərbi hazırlıq səviyyəsini yüksəldib. İsrail müdafiə strukturlarının qiymətləndirmələrinə görə, husilər və Səudiyyə Ərəbistanı arasında hərbi əməliyyatların kəskinləşməsi fonunda İsrailə qəfil hücum riski var.”

Nurlan Cəfəri

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑