Oktyabrın 14-də gecə saatlarında Rusiyanın Voronej vilayətinin Borisoqlebsk şəhərində güclü partlayışlar baş verib və nəticədə hərbi aerodromda şiddətli yanğın qeydə alınıb.
Bizim.Media xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə, hücum nəticəsində Rusiyanın 6 ədəd "Su-34M" qırıcı-bombardmançısı məhv edilib.
Ukrayna monitorinq kanalları və Hərbi Dəniz Qüvvələrinin yaydığı məlumata əsasən, əməliyyat Ukrayna istehsalı olan "Neptun" raketləri vasitəsilə həyata keçirilib.
Borisoqlebsk aerodromunda 783-cü tədris aviasiya mərkəzi və 105-ci qarışıq aviasiya diviziyasının bölmələri yerləşir. Rusiya qüvvələri bu bazadan Ukrayna ərazisinə, xüsusilə idarə olunan aviasiya bombaları (KAB) ilə zərbələr endirmək üçün istifadə edirdi.
Yerli sakinlərin sözlərinə görə, partlayışlar raket təhlükəsi siqnalı fonunda eşidilib. Rusiya tərəfi hələlik hərbi obyektə dəyən ziyanla bağlı rəsmi açıqlama verməyib.

Bizim.Media






