Dünya · Ölkə.az

Xameneinin səhhəti barədə AÇIQLAMA - "Mövcud vəziyyətə tam nəzarət edir"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xameneinin səhhəti barədə AÇIQLAMA - "Mövcud vəziyyətə tam nəzarət edir" xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf özünün "Telegram" kanalında məlumat yayıb.

O, bir gün əvvəl Müctəba Xamenei ilə görüşdüyünü bildirib.

"Mən onu olduqca gümrah, ümidli, mənəvi cəhətdən sakit və məsələlərə dərindən bələd olan vəziyyətdə gördüm", - deyə Qalibaf vurğulayıb.

Parlament sədrinin sözlərinə görə, ağır itkilərə baxmayaraq, liderin nümayiş etdirdiyi iradə və sarsılmazlıq onun Allaha güclü inamının və xalqa dərin etimadının göstəricisidir.

Qalibaf əlavə edib ki, görüş zamanı müharibə, "müqavimət oxu", diplomatiya, danışıqlar prosesi, makroiqtisadi göstəricilər, eləcə də iqtisadi təcrid və dəniz blokadası kimi mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑