Dünya · Ölkə.az

Ukrayna İran ətrafındakı ölkələrdə dron bölmələri yerləşdirib - KİV

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna İran ətrafındakı ölkələrdə dron bölmələri yerləşdirib - KİV xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

“Tasnim”in adı açıqlanmayan mənbədən aldığı məlumata görə, Ukraynanın bu addımları regionda mikro dronlardan ibarət əməliyyat şəbəkəsinin yerləşdirilməsini əhatə edir.

Mənbə Ukrayna qüvvələrinin və dronlarının yerləşdirildiyi ölkələr barədə məlumatın məxfi saxlanıldığını və münasib vaxtda açıqlanacağını bildirib. O, İraqın Kürdüstan bölgəsində Ukrayna qüvvələrinin minlərlə mikro dron yerləşdirdiyini deyib.

Mənbə onu da qeyd edib ki, Tehran Ukraynanın bu addımını Avropa və NATO-nun İrana qarşı düşmənçilik fəaliyyətinin bir hissəsi hesab edir və buna cavab vermək üçün uyğun variantı nəzərdən keçirir.

Mənbə sözügedən addımları Ukrayna üçün təxribat xarakterli, uğursuz cəhd və rüsvayçılıq kimi qiymətləndirib. O, Tehranın Kiyevin düşmənçilik fəaliyyətindən tam xəbərdar olduğunu vurğulayıb.

Ukraynanın daha əvvəl Xəzər dənizində İran gəmisinə hücum etdiyini və İranın bu düşmənçilik addımına göz yumduğunu xatırladan mənbə onu da bildirib ki, İran Avropa və Ukraynaya ölkəyə qarşı fəaliyyətlərini davam etdirmək üçün imkan verməyəcək.(APA)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑