İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, danışıqlarda ABŞ tərəfinə etibar etmək olmaz.
Əraqçi bu barədə Səudiyyə Ərəbistanının "Əl-Əxbariyyə" televiziyasına müsahibəsində danışıb.
XİN başçısı ABŞ ilə danışıqlar təcrübəsinə istinad edərək bildirib ki, müzakirələrin hər biri Amerikanın İrana hücumu ilə nəticələnib.
"Amerika tərəfi ilə elə danışıqlar raundlarımız olub ki, onların hamısı ölkəmizə qarşı müharibənin başlanması ilə nəticələnib. Təcrübə sübut edib ki, danışıqlar prosesində amerikalılara qətiyyən etibar edilməməlidir", - "Tasnim" agentliyi Əraqçinin sözlərini sitat gətirib. ///report///





