Dünya · Bizim.Media

Pezeşkian: “ABŞ danışıqlara başlamazdan əvvəl İrana qarşı sanksiyaları ləğv etməlidir”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pezeşkian: “ABŞ danışıqlara başlamazdan əvvəl İrana qarşı sanksiyaları ləğv etməlidir” xəbəri üçün şəkil

İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin danışıqlara başlamazdan əvvəl İrana qarşı sanksiyaları aradan qaldırmalı, təzyiq və təhdidlərə son qoymalı olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, o İran xalqının ABŞ-yə etibar etmədiyini və danışıqlar aparılacağı təqdirdə Vaşinqtonun yenidən İrana hücum edəcəyindən ehtiyatlandığını qeyd edib.

Pezeşkianın sözlərinə görə, ABŞ İranda vəziyyəti sabitsizləşdirmək məqsədilə informasiya müharibəsi aparır.

“İran heç bir dövlətə hücum etmir, lakin hərbi təcavüz qarşısında da təslim olmayacaq. Müharibə bütün regiona dağıntılar və zərər gətirəcək”, – deyə İran Prezidenti vurğulayıb.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑