Dünya · Ölkə.az

Şahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş... xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə işıq üzü görməyə hazırlaşan “Diana Unheard” (“Eşidilməmiş Diana”) adlı üç hissəli sənədli filmdə bəhs olunur.

Kral ailəsinin bioqrafı Kristofer Andersenin sözlərinə görə, şahzadə Diana ən başından Harrinin “ehtiyat varis” mövqeyinə görə ailədə öz yerini tapmaqda çətinlik çəkəcəyindən narahat olub:

“Diana ilk gündən narahat idi ki, Harri gələcək kral olan qardaşının kölgəsində qalıb solacaq. Diana böyük oğlu Uilyamı yaşından daha müdrik, həssas və gələcək kral məsuliyyətinə hazır bir uşaq kimi görürdü. Uilyam da uşaqlıqdan anasının bu narahatlığını bölüşür və qardaşının hisslərini qorumağa çalışırdı”.

Qeyd edək ki, sənədli filmdə Diananın bioqraf Endryu Morton üçün yazdığı və 1992-ci ildə işıq üzü görən “Diana: Her True Story” (Diana: Onun həqiqi hekayəsi) kitabının əsasını təşkil edən səs yazılarından istifadə olunacaq.

Məlumat üçün bildirək ki, bundan əvvəl şahzadə Harrinin anası şahzadə Diana haqqında film çəkə biləcəyi barədə məlumatlar yayılmışdı.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑