Nigeriyada Ebola virusuna ilk yoluxma halı qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, səlahiyyətlilər virusa yoluxduğu təsdiqlənən xəstə ilə təmasda olmuş 44 nəfəri müəyyən ediblər. Yoluxmuş şəxs Uqandadan təyyarə ilə Nigeriyaya gələn qadındır. Hazırda o, ölkənin paytaxtı Abucadakı özəl klinikalardan birində tibbi yardım alır.
Nigeriya hökuməti milli səhiyyə sisteminin bütün qurumlarını Ebola virusunun yayılmasının qarşısını almaq məqsədilə maksimum sayıqlıq nümayiş etdirməyə çağırıb.





