Ölkə.az xəbər verir ki, o, bunu Kentukkidə Respublikaçılar Partiyasının tərəfdarları üçün keçirilən mitinqdə bildirib.
"Bu müharibə çox tezliklə bitəcək. Və o bitdikdə, benzinin qiyməti əvvəlkindən daha aşağı olacaq", - deyə Amerika lideri bildirib.
Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, 17 oktyabrda benzinin qiyməti 4,30 dollar olub. Müharibədən öncə isə bu qiymət 3 dollar idi. Dizel yanacağının qiyməti bir qallon üçün təxminən 6,52 dollardır ki, bu da bir il əvvəlkindən təxminən 2,41 dollar çoxdur.






