Dünya · Ölkə.az

Putin onlarla telefonda danışdı - Nələr müzakirə olunub?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin onlarla telefonda danışdı - Nələr müzakirə olunub? xəbəri üçün şəkil

Ölkə.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Finlandiya Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, telefon danışığına Avropa liderləri tərəfindən təşəbbüs göstərilib.

Stubb söhbəti "açıq və mənalı" adlandırıb, Störe isə avropalıların Ukrayna münaqişəsinin deeskalasiyasının vacibliyini vurğuladıqlarını bildirib.

Finlandiya Prezidenti və Norveç Baş nazirinin Putinlə telefon danışığı Əbu-Dabidə keçiriləcək görüşlərlə bağlı olub.

Stubb bildirib ki, Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya ilə birbaşa dialoqa ehtiyac var.

Kreml də liderlərin telefon danışığı barədə məlumat yayıb. Bildirilib ki, V.Putinin A.Stubb və Yonas Qar Störe ilə telefon danışığı Finlandiya və Norveç liderlərinin xahişi ilə baş tutub.

Məlumata görə, liderlər Ukrayna böhranının həlli ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı V.Putin Ukraynadakı münaqişə zonasındakı mövcud vəziyyəti qiymətləndirib və onun köklü səbəblərini xatırladıb.

Rusiyanın dövlət başçısı qeyd edib ki, Ukraynada ədalətli, uzunmüddətli sülh yalnız Rusiyanın maraqları nəzərə alındıqda mümkündür.

V.Putin Ukraynadakı münaqişəni uzadan NATO və Avropa İttifaqı ölkələrinin qarşıdurma siyasətinə diqqət çəkib.

O,Finlanlandiya və Norveç liderlərini ABŞ-ın vasitəçiliyi ilə Aleşki şəhəri ərazisində aparılan humanitar əməliyyat barədə məlumatlandırıb.

Putin və Finlandiya və Norveç liderləri birbaşa telefon əlaqəsini davam etdirmək barədə razılığa gəliblər.

Putin Stubb və Störe ilə söhbəti zamanı Baltik dənizində və Şimali Avropada təhlükəsizlik məsələlərini müzakirə edib.

Liderlər beynəlxalq dəniz hüququna və naviqasiya azadlığı prinsipinə riayət etməyin vacibliyini bir daha təsdiqləyiblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑