Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Əbdüləziz bin Talal Al Səud Ermənistana səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan “Facebook” səhifəsində bildirib. Nazir şahzadəni İrəvanın “Zvartnots” hava limanında qarşılayıb.
“Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Əbdüləziz bin Talal Al Səudu qarşıladım”, – deyə Papoyan qeyd edib.
Şahzadə Əbdüləziz bin Talal Al Səud onun adını daşıyan İnsan İnkişafı üzrə Beynəlxalq Mükafatın İrəvandakı təqdimolunma mərasimində iştirak edəcək.
Xatırladaq ki, Ermənistanla Səudiyyə Ərəbistanı uzun müddət diplomatik münasibətlərə malik olmayıb. İki ölkə arasında diplomatik əlaqələr yalnız 25 noyabr 2023-cü ildə qurulub.


