Dünya · Təzadlar

Kazinolara beynəlxalq qumar turnirləri təşkil etmək imkanı veriləcək - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kazinolara beynəlxalq qumar turnirləri təşkil etmək imkanı veriləcək - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Bu da baş verir: Kazino müəssisələrinə beynəlxalq qumar turnirləri təşkil etmək imkanı veriləcək – icazə tələb olunan fəaliyyət növlərinə beynəlxalq qumar turnirlərinin təşkili də əlavə olunur. Tezadlar.az  xəbər verir ki, bununla bağlı “Gürcü Arzusu” partiyasının deputatlarının təşəbbüsü ilə parlamentə beynəlxalq qumar turnirlərinin təşkili qayda və şərtlərini müəyyən edən qanunvericilik paketi təqdim edilib. Sənədə əsasən, beynəlxalq qumar turniri dedikdə, kazino tərəfindən təşkil edilən, mükafat fondu əvvəlcədən zəmanət altına alınan və iştirakçıların ən azı 70 faizini xarici ölkə vətəndaşlarının təşkil etdiyi qumar turniri nəzərdə tutulur.

Beynəlxalq qumar turnirinin təşkili həm kazino fəaliyyətinə icazə verilmiş obyektdə, həm də həmin obyektdən kənarda müvafiq icazə əsasında mümkün olacaq. Qanun layihəsinə əsasən, beynəlxalq qumar turnirinin mükafat fondu 3 milyon laridən çox olduqda və klub masası yalnız həmin turnirin keçirilməsi üçün istifadə edildikdə, təşkilatçı klub masasına görə müəyyən edilmiş qumar biznesi rüsumundan azad ediləcək və turnirin keçirilməsi nəticəsində gəlir əldə etmək hüququna malik olacaq. Qanun layihəsinə əsasən, icazə şərtlərinin pozulmasına görə 50 000 lari məbləğində cərimə tətbiq ediləcək. Səlahiyyəti olmayan şəxs tərəfindən beynəlxalq qumar turnirinin təşkilinə görə isə 150 000 lari məbləğində cərimə nəzərdə tutulur. Beynəlxalq qumar turnirinin təşkili üçün illik icazə rüsumu 100 000 lari müəyyən ediləcək.

Qanunvericilik paketinin müəllifləri və təşəbbüskarları “Gürcü Arzusu” partiyasının deputatları Şota Berekaşvili, Tornike Berekaşvili, İrakli Mezurnişvili və Giorgi Barvenaşvilidir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑