Bakı.Trend:
Ermənistanlı iş adamı Narek Nalbandyan və “Spayka” şirkətinin sahibi David Qazaryan barəsində cinayət işi açılıb.
Bu barədə Ermənistan Baş prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
İş adamı Narek Nalbandyan barəsində əmlaka xüsusilə külli miqdarda ziyan vurmağa yönəlmiş rəqabətə zidd fəaliyyət ittihamı ilə cinayət işi başlanıb.
Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, “Spayka” şirkətinin sahibi David Qazaryan barəsində də analoji əməl, eləcə də xüsusilə külli miqdarda hədə-qorxu ilə tələb etmə ittihamları üzrə cinayət işi açılıb.
Qeyd edək ki, Narek Nalbandyan Ermənistanın hotelçilik, pərakəndə ticarət, sənaye və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən iş adamıdır. “Spayka” isə kənd təsərrüfatı məhsullarının tədarükü və ixracı sahəsində tanınan Ermənistan şirkətidir.



