Dünya · Azxeber.com

BMT: Ukraynada 10,8 milyon insan humanitar yardıma möhtacdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
BMT: Ukraynada 10,8 milyon insan humanitar yardıma möhtacdır xəbəri üçün şəkil
Ukraynada davam edən müharibə və enerji infrastrukturuna hücumlar nəticəsində 10,8 milyon insan humanitar yardıma ehtiyac duyur.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa üzrə regional direktoru Filip Lekler bildirib ki, Rusiyanın hücumları mülki əhalinin həyatını çətinləşdirir. Enerji obyektlərinin hədəfə alınması uzunmüddətli elektrik kəsintiləri, istilik və su təchizatında problemlər yaradır.
Onun sözlərinə görə, 2026-cı ilin yanvarından etibarən BMT-nin dəstəklədiyi keçid mərkəzlərində təxliyə olunan 136 mindən çox insan yerləşdirilib. Bu, 2025-ci ilin bütün ili ərzində qeydə alınan təxminən 80 min nəfərlə müqayisədə 70 faiz artım deməkdir.
Bundan başqa, Ukraynadan qaçan təxminən 5,2 milyon qaçqın hazırda Avropanın müxtəlif ölkələrində yaşayır.
BMT beynəlxalq ictimaiyyəti Ukraynada qalan insanlara və başqa ölkələrə sığınan qaçqınlara dəstəyi davam etdirməyə çağırıb.
Gülay
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑