İdman · Ölkə.az

Premyer Liqada VII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Premyer Liqada VII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, günün ilk matçında "Qarabağ" Yevlax şəhər stadionunda "İmişli"nin qonağı olacaq.

Qarşılaşma saat 16:00-da start götürəcək.

Ardınca isə Premyer Liqanın debütantı "Şəfa" "Turan Tovuz"la üz-üzə gələcək. "SOCAR Polymer Arena"da baş tutacaq görüş saat 18:30-da başlayacaq.

Misli Premyer Liqası

I dövrə, VII tur

11 oktyabr

16:00. "İmişli" – "Qarabağ"

Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Eyyub İbrahimov, Ruslan Quliyev.

VAR: Vüqar Həsənli.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Yevlax şəhər stadionu

18:30. "Şəfa" – "Turan Tovuz"

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Murad Səlimov.

VAR: Nicat İsmayıllı.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

"SOCAR Polymer Arena"

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0), "Sumqayıt" "Qəbələ"ni (4:1) məğlub edib. "Neftçi" - "Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. "Zirə" - "Şamaxı" duelində isə tərəflər hərəyə bir dəfə fərqləniblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑